Cəmiyyət

Erməni spiker: “Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz”

“Bütün dünya Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını təyin etmə hüququnu tanımalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib.

Onun iddiasına görə, hal hazırda Qarabağda baş verənlər, erməni əsirlərin geri qaytarılmaması, Bakıda Qənimətlər Parkının açılması ermənilərlə azərbaycanlıların birgə yaşamasına imkan vermir. “Bu onu göstərir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməzlər.  Ona görə də, dünya Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmə hüququnu tanımalıdır”.

Mirzoyan onu da deyib ki, Ermənistanın Qarabağla bağlı məsələdə mövqeyi dəyişməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button