Cəmiyyət

Ermənilər Azərbaycan PUA-nın sərhəddi keçdiyini iddia edir, MN təkzib edir

Ermənistan Müdafiə Nazirliyi az öncə məlumat yayaraq, iddia edib ki, guya, bu gün saat 11 radələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus PUA Geqarkunik istiqamətində sərhəddə uçuş həyata keçirib. JAMAZ.İNFO xəbər verir ki, erməni rəsmiləri PUA-nın hərəkət trayektoriyasını müəyyən etdiklərini, pilotsuz aparatın hərəkətinə imkan vermədiklərini bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin yaydığı məlumatı təkzib edib. Nazirlikdən bildiriblər ki, Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısının alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyindən bildirilib ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. “Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button