CəmiyyətManşet

Ermənilərdən iddia: Hadrut rus sülhməramlılarının nəzarətinə verilir?

Artıq bir neçə gündür Ermənistanda Qarabağdakı erməni silahlı dəstələrinin ləğv olunacağı məsələsi geniş müzakirə olunur. Siyasi və ictimai xadimlər bunun 10 noyabr bəyanatı ilə bağlayır, Paşinyanın satqınlığı kimi qələmə verirlər. Ölkə ictimaiyyəti isə məsələni maraqla gözləyir.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin ləğv ediləcəyini, elə terrorçuların nümayəndələri də təsdiqləyirlər. Məsələn, Balasanyan, Abramyan kimi terroçubaşılar bildirirlər ki, yaxın günlərdə “Artsax Müdafiə Ordusu” ləğv ediləcək və onun yerində milis dəstələri yaradılacaq. Hərçənd onlar özləri də etiraf edirlər ki, bu işi görmək üçün onların heç bir resursu, nə maddi, nə də insan resursları yoxdur.

Bu əsnada, gündəmdə olan başqa bir məsələ də Azərbaycanlıların yaxın günlərdə Xankəndi, Xocalı və Əsgərana köçürüləcəyi ilə bağlıdır. Azərbaycan tərəfi bəyan edir ki, bununla bağlı məsələ müzakirə səviyyəsindədir. Rus mənbələri isə porosesin yaxın zamanlarda reallaşacağını vurğulayırlar. Ermənilər də proses üçün hazırlıqların görüldüyünü deyirlər. Qarabağda yaşayan terrorçuların nümayəndələri də etiraf edirlər ki, proses baş verəcək, amma bu bir qədər zaman alacaq.

Qeyd edək ki, bu açıqlamadan sonra ermənilər arasında narazılıq artmağa başlayıb. Getdikcə çoxalan narazılıq fonunda Xankəndi və Əsgəranda yaşayan ermənilər Arutyunyan və Balasanyanın ünvanına sərt fikirlər söyləyir, onları satqınlıqda ittiham edirlər. Vəziyyəti belə görən sözügedən terrorçular da çıxış yolunu təxribatda və provokativ məlumatlar yaymaqda görürlər. Belə ki, Ermənistandakı “Qarabağ klanı”na bağlı olan “Hraparak” qəzet vasitəsi isə təxribat xarakterli, eyni zamanda, narazı erməniləri sakitləşdirmək üçün məlumatlar yaydırırlar.

JAMAZ.İNFO xəbər verir ki, “Hraparak” qəzetinin son sayında Azərbaycan Ordusunun Hadrut qəsəbəsini tamamilə yandırdığı və evləri yağmaladığı barədə yalan məlumat yayıb. Qəzet iddia edib ki, proses guya, bir neçə gündür başlayıb, lakin bunun səbəbi məlum deyil. “Artıq bir neçə gündür Qarabağda xəbərlər dolaşır ki, Azərbaycan əsgərləri Hadrutda evləri taladıqdan sonra, yandırmağa başlayıblar. Qarabağda bunu belə əsaslandırırlar ki, Azərbaycan Ordusu tezliklə Hadrutdan çəkiləcək və yerini isə rus sülhməramlılarına verəcək. Onlar da çıxan ayaqda Hadrutu xarabalığa çevirmək istəyirlər”.

Bunun təxribat olduğunu bilmək, məlumatın yalan olduğunu müəyyən etmək elə də çətin məsələ deyil. Əvvəla Azərbaycan Ordusu işğaldan azad edilmiş heç bir yaşayış məntəqəsində nə talançılıqla məşğuldur, nə də məşğul olub. Eyni zamanda, heç bir yaşayış məntəqəmiz bu günə qədər yandırılmayıb. Əksinə, ermənilər tərk etdikləri kənd və rayonlarımızı yandırırblar. Bunun da görüntülü sübutları yetərli qədərdir.

İkincisi, Azərbaycan tərəfi Hadrutdan və digər məntəqələrimizdən çıxmayacaq və belə bir fikir də mövcud deyil. Həmçinin rəsmi Bakı bəyan edib ki, təkcə, Hadrut deyil, işğaldan azad olunan bütün məntəqələrimizin bərpası üçün plan hazırlanır və yaxın müddətdə tikinti işlərinə start veriləcək.

Üçüncüsü, bunun erməni təxribatı olduğu və daxildəki narazılığı yatırmaq üçün düşünülmüş bir yalan olmasını bilmək elə də çətin məsələ deyil. Bunu Balasanyan və Qalstyanın “Hraparak”a verdikləri açıqlamadan da müəyyən etmək mümkündür. Adamlar özlərinin tülkülüyə qoymaqla yanaşı, daxili publikaya işləyən sözlərdən də istifadə edirlər. “Bbiz Hhadrutda yanğınlar barədə eşitmişik. Belə xəbərlər mütəmadi olaraq gəlir. Lakin evlərin yandırılmasının konkret səbəbləri bizə məlum deyil”.

Bunun ardından Balasanyan tülkücəsinə qeyd edir: “Hadrut qəsəbəsinin ruslara verilib, verilməyəcəyindən xəbərimiz yoxdur. Hazırda bizim hədəfimiz dağılmış və uduzmuş xarici siyasətimizi bərpa etməkdir. Həmçinin Ermənistan tərəfindən imzalanmış biabırçı kapitulyasiya sənədinin fəsadlarını aradan qaldırmaq istəyirik. Biz bütün cəhdlərimizlə onların Qarabağ haqqında nə düşündüklərini öyrənməyə çalışırıq”.

Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər daxili narazılıqları aradan qaldırmaq, müəyyən müddət üçün vaxt udmağa çalışırlar. Hadrutla bağlı məsələnin gündəmə gətirilməsi də bu qəbildən olandır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button