Cəmiyyət

Gorusun icma rəhbəri: “Sünikdəki həbslər Zəngəzur Dəhlizinə görədir”

Son günlər Ermənistanın Sünik vilayətində hüquq mühafizə orqanları bir sıra həbslər həyata keçirirlər. JAMAZ.İNFO xəbər verir ki, Gorus və Sünik vilayətlərinin icma rəhbərləri həbs olunublar.

Gorus icmalarının rəhbər Aruş Aruşanyan bu gün mətbuata verdiyi açıqlamasında iddia edib ki, Nikol Paşinyanın son günlər həyata keçirdiyi həbslər Zəngəzir Dəhlizi ilə bağlıdır. Onun sözlərinə görə, siyasi xarakter daşıyan bu həbslərin arxasında birmənalı olaraq dəhlizin açılmasına mane olanları aradan götürmək dayanır. “Ermənistan hakimiyyəti öz rəqiblərini və Sünik vilayətindən torpaq verərək, nəqliyyat dəhlizinin açılmasına imkan verməyən rəqiblərini sıradan çıxarmaq istəyir. Bütün həbslər “Zəngəzur Dəhlizi”nə mane olanları prosesdən kənarlaşdırmaqdır”.

Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşmasına əsasən Ermənistan Sünik vilayətindən Naxçıvana nəqliyyat dəhlizi verməlidir. “Zəngəzur Dəhlizi” adlanan həmin nəqliyyat yolunun çəkilməsi prosesi ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini nümayiş etdirir. İrəvan rəsmiləri bildirirlər ki, belə bir yolun açılmasına etiraz etməsələr də, ona dəhliz statusunun verilməsinə razılaşamayacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button