Cəmiyyət
Gürcüstanda bu dəfə küdrlərlə soydaşlarımız arasında dava düşdü: Ölən var
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib. “Report”un yerli bürosunun məlumatına görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Hadisənin digər detalları hələ məlum deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Dmanisi rayonunda svanlarla azərbaycanlılar arasında da dava düşmüşdü. Həmin vaxt ölənlər olmasa da, yaralananlar olmuşdu.