Cəmiyyət

Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir – Baş Prokurorluq

“Helikopter qəzası ilə bağlı istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Mürəkkəb hadisə olduğuna görə ekspertizalar təyin olunub”.

Bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

O bildirib ki, hadisənin baş verməsi səbəbləri ilə bağlı ekspertizaların nəticələri başa çatdıqdan sonda açıqlama veriləcək: “Hazırda “qara qutu”nun üzərində işlər gedir”.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərindən 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button