Cəmiyyət

Hülusi Akar: “Bizim heyətimiz Azərbaycandadır”

“Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq”. APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq. “Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button