Cəmiyyət

İran XİN-dən açıqlama: “Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik”

İran Azərbaycanla münasibətləri ən maksimum səviyyədə inkişaf etdirmək istəyir və buna ümid edir. JAMAZ.İNFO Mehr Agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmisi Səid Xətibzadə deyib.

O bildirib ki, son 30 ildə Tehran hər zaman Azərbaycanı müdafiə edib. “Biz son 30 ildə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və torpaqların işğal edilməsini pisləmişik. Hər iki ölkənin liderləri çalışırlar ki, əlaqələri daha da genişləndirsinlər. Bunun üçün iki ölkənin XİN-i və digər rəsmi şəxsləri mütəmadi olaraq danışıqlar aparırlar. Biz əlaqələrimizi ən maksimal səviyyədə inkişaf etdirməyə çalışır və buna ümid edirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button