Cəmiyyət

İsa Qəmbərin Facebook hesabı oğurlanıb?

Müsavat Partiyasının lideri İsa Qəmbərin Facebook sosial şəbəkəsindəki hesabında problem yaranıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sabiq başqanın özü açıqlama yayıb.

O bildirib ki, 23 iyul saat 22-dən Facebook profilinə və səhifəsinə daxil ola bilmir. “Səbəbi hələki məlum deyil. Problemin məhz PEGASUS skandalına münasibətimi bildirəndən sonra yaranması şübhəli olsa da, bunun kənar müdaxilə, profilin oğurlanması və ya texniki səbəbdən baş verməsini indillik araşdırıram. Araşdırma bitəndən sonra yekun fikrimi deyəcəm”.

İsa Qəmbər dostlara müraciət də edib. “Dostlar, xahiş edirəm nəzərə alın ki, həmin vaxta qədər profilimdə və səhifəmdə peyda ola bilən yazılar və ya messenger’dən kiməsə göndərilə bilən mesajların mənə aidiyyəti yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button