Cəmiyyət

Konqresmenlər: “Azərbaycana yardımı dayandırın, Qarabağa 100 milyon dollar ayırın”

ABŞ Nümayəndələr Palatasının 65 üzvü yerli erməni diasporası ilə birlikdə Konqresə müraciət ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin müraciətlərində konqresmenlər Azərbaycana maliyyə yardımının dayandırılmasını, əvəzində Ermənistan və Qarabağa 100 milyon dollar yardım edilməsini istəyiblər.

Müraciəti ünvanlayan konqresmenlər Farnk Pallone, Ccek Speyer və Adam Şiff Konqresdən 2022-ci il büdcəsində bu məsələni nəzərə almasını xahiş ediblər. Onlar deyiblər ki, Ermənistan və Qarabağa maliyyə yardımının edilməsi humanitar faliyyətlərlə yanaşı, demokratik proseslərin də güclənməsinə səbəb olacaq.

Hər üç ermənipərəst konqresmen bununla da kifayətlənməyib, Azərbaycanı Ermənistana və Qarabağa hücum etməkdə ittiham ediblər. “Bu puldan əlavə 2 milyon dollar daha ayrılmalıdır. Həmin vəsait Qarabağda silahların məhv edilməsinə sərf olunmalıdır. Və ABŞ təhlükəsizlik sahəsində Azərbaycana ayırdığı yardımı dayandırmalıdır. Bu, Azərbaycan Ermənistan və Qarabağa hücumlarını dayandırana kimi davam etməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button