Cəmiyyət

Küçə ticarəti ilə məşğul olanlar cərimələnir

Zaqatalada polis əməkdaşları küçə ticarəti ilə məşğul olan şəxsləri cərimələyir. Bu barədə dekabrın 2-də Daxili İşlər Nazirliyindən məlumat verilib. “Keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, şəhərin estetik gözəlliyinə xələl gətirən və küçələrdə natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb”.

Məlumata görə, ümumilikdə reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 20-yə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü ( Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button