Cəmiyyət

Lotu Qulinin tərəfdarları “qanuni oğru”nun “tacını” aldı

Gürcü əsilli “qanuni oğru” Zviad Ozmanov (Zviad Tbilisski) kriminal dünyanın ali titulundan məhrum edilib.

JAMAZ.info xəbər verir ki, bu günlərdə keçirilən “sxodka”da Zviad Tbilisskinin artıq “qanuni oğru” olmadığı elan edilib və bu barədə bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən Ozmanovun nüfuz dairəsinə daxil olan Başqırdıstana, Ulyanovsk və Nijni Novqorod vilayətlərinə xəbər göndərilib.

Məlumatda deyilir ki, Zviad Ozmanovun “qanuni oğru” titulundan məhrum edilməsi onun “obşak”ın pullarını təyinatı üzrə xərcləməməsi ilə bağlı olub. O, məhbuslardan yığılan pullar hesabına Moskvada və Türkiyədə daşınmaz əmlak almaqda ittiham olunur.

Bundan başqa, iddialara görə, Ozmanov “qanuni oğru” olmasına baxmayaraq cəza çəkdiyi həbsxanalarda adminstrasiya rəhbərliyi ilə əməkdaşlıq edib. Zviad Tbilisskinin “qanuni oğru” titulundan məhrum edilməsi isə 2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxil olan kriminalitetlərin aktivinə yazılır.

Rusiya mediası yazır ki, məhz Lotu Qulinin tərəfdarları olan “qanuni oğru”lar bu hökmü çıxarıb. Bəzi mülahizələrə görə isə Zviad Ozmanovun “vurulması” kriminal dünyadakı qarşıdurma ilə əlaqəlidir. Hazırda kriminal dünyada iki güclü klan üzə-üzədir. Bunlar “qanuni oğru”lar Merab Canqveladze (Merab Suxumski) ilə Tariel Onianinin (Taro) başçılıq etdiyi “Canqveladze-Oniani” klanı və Zaxari Kalaşovun (Şakro Molodoy) rəhbərlik etdiyi qruplaşmadır. “Canqveladze-Oniani” klanı ilə Lotu Quli və ətrafının münasibətləri yaxşı olub. Ehtimal olunur ki, Zviad Tbilisskinin “vurulması” Şakro Molodoya yeni zərbədir. Bundan əvvəl də onun orbitinə daxil olan kriminalitetlər bu və ya digər formada sıradan çıxarılıb.

JAMAZ.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button