CəmiyyətManşet

Masallı qaranlığa qərq olub: 5 saatdır rayon elektriksiz qalıb

Masallı şəhəri, ətraf qəsəbə və kəndlər 5 saatdır qaranlığa qərq olub. Bu barədə JAMAZ.İNFO-ya yerli sakinlər məlumar veriblər.
Onlar bildiriblər ki, hər gün Masallı Elektrik Satışı Şəbəkəsi rayon mərkəzi daxil olmaqla, bütün kəndlərin elektrikini 2-3 saatlığına dayandırır. Bunu isə naqillər və elektrik dirəklərində qəzaların olması ilə əsaslandırırlar.
Sakunlər deyir ki, bu gün isə səhər saat 08:30-dan etibarən bütün rayona vetilən elektrik enerjisi tam dayandırılıb.
Onlar qeyd edirlər ki, məsələ ilə bağlı Masallı Elektrik Satışı Şəbəkəsinin rəisi Gündüz Səfərova müraciət ediblər. Səfərov isə onlara bildirib ki, o, bu vəzifədə yenidir və çox şeydən xəbərsizdir. Eyni zamanda, onu da deyib ki, elektrik xəttində qəza baş verdiyindən işıqlar söndürülüb.
Rayon sakinlərinin sözlərinə görə, iki gündən bir işıqların söndürülməsi adət şəklini alıb və bu da səbəbsiz deyil. “Rayondakı əksər elektrik dirəkləri sovet dövründən qalmadır. Elə naqillər də həmin dövrə aiddir. Hər gələn rəis təmir və yeniləmə adı altında pul qazanır. Amma problem olduğu kimi qalır. Biz hansı günahın sahibiyik ki, qışın indiki vaxtında işıqsız qalmışıq? Şikayətimizə də baxan yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button