Cəmiyyət

“Mehri Dəhlizi” Ermənistanın təhlükəsizliyinin təminatı hesab edilir

“Nəqliyyat kommunikasiyaların bərpa edilməsi istər istəməz Ermənistanın təhlükəsizliyinin təminatı kimi çıxış edəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə aparılan danışıqlarda müsbət və mənfi məqamlar mütləq müzakirə olunmalı və müsbət amillər əsas götürülməlidir. “Əgər danışıqlar daha optimal və diqqətli şəkildə aparılarsa, nəqliyyat-kommunikasiya xətlərinin açılmasından sonra Ermənistan iqtisadiyyatı və nəqliyyat sektoru güclənəcək və inkişaf edəcək”.

Qriqoryan hesab edir ki, hazırda məsələnin hüquqi və iqtisadi təhlili aparılmalıdır. “Hazır variant hələ ki, yoxdur. Daşıqılar mərhələsi isə ümumiyyətlə, başlamayıb”.

Baş nazirin müavini vurğulayıb ki, yanvarın sonlarında ilk görüş keçiriləcək. “Ona qədər hazırlıqlarımızı görəcəyik. Həmin görüşdə danışıqların reqlamenti müəyyən ediləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button