Cəmiyyət

Nikol Paşinyan: “Azərbaycan Ermənistandakı seçkilərə təsir etmək istəyir”

“Müttəfiqimiz Rusiya ilə birlikdə Ermənistan sərhəddində vəziyyət qaydasına salınmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Sünik vilayətində səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, hal hazırda Ermənistan rəhbərliyi mütəmadi olaraq rusiyalı sərhəddçilərlə təmasdadır. “Siyasi hakimiyyət isə rus partnyorları ilə davamlı əlaqə saxlayır. Vəziyyəti sülh yolu ilə düzəltmək lazımdır və bunun üçün imkan var. Azərbaycan Ordusu mütləq Ermənistan ərazilərindən çəkilməlidir. Bu fikri beynəlxalq aləm də dəstəkləyir”.

Paşinyan vəziyyətdən çıxmaq üçün təkliflərini də dilə gətirib. “Bizim təklifimiz odur ki, sərhəddə beynəlxalq müşahidəçi qismində Rusiya Sərhəd Qoşunları yerləşdirilməlidir. Bundan sonra Sotk qəsəbəsi və Xoznavar kəndi istiqamətində sərhədlər dəqiqləşdirilməlidir. Buna kimi isə Azərbaycan və Ermənistan orduları daimi dislokasiya yerlərinə geri çəkilməlidir”.

Baş nazir iddia edib ki, sərhəddə yaşanan gərginlik Azərbaycan hakimiyyətinin Ermənistanda keçiriləcək parlament seçkilərinə təsir etmək məqsədi daşıyır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button