Cəmiyyət

Paşinyan Qazaxla sərhəddimizə “qəhrəman” polkovnikini göndərir

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə 3-cü korpusun komandiri, general Qriqori Xaçaturyanı vəzifəsindən azad edərək, onun yerinə yeni təyinat etməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, Paşinyanın yeni təyin etmək istədiyi şəxs isə Qarabağda Azərbaycana qarşı döyüşmüş polkovnikdir.

Belə ki, Cermux hərbi hissəsinin komanidir, polkovnik Qeqam Martirosyan yaxın günlərdə Tovuzla sərhəddimizdə yerləşdirilimiş 3-cü korpusun komandiri təyin olunacaq. Bu həmin Martirosyandır ki, o, 44 günlük Qarabağ döyüşlərində iştirak etdiyinə görə, Ermənistanın üstün mükafatlarından biri olan “Döyüş Xaçı” ordeni ilə təltif olunub.

Xatırladaq ki, Xaçaturovun vəzifəsindən alınması iki əsas səbəbə görə olub. Onlardan biri Ermənistan işğalında olan Qazaxın 7 kəndi ilə bağlıdır. Belə ki, erməni general heç bir şəkildə həmin kəndlərin Azərbaycana verilməyəcəyini və buna imkan verməyəcəyini bəyan etmişdi. İkincisi isə Xaçaturov fevralda rusların ordudakı generalitetinə qoşularaq, Paşinyana qarşı çıxmışdı.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button