Cəmiyyət

Qənirə Paşayevanın gec ayılmaqlığı

“Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, qanunverici orqanın toplantılarında bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır: “Çünki bəzi problemləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırıbsınız, daha buna toxunmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələlələri qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldrıdığım məsələləri seçicilərim müəyyənləşdirir. Seçicim gəlir, mənə müraciət edir ki, Birinci Qarabağ müahribəsi qazisidir, əlində məhkəmə qərarı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlarda neçə dəfə çıxış edilib. Bu sözlərinin müəllifləri kim olduqlarını anladılar”.

Komitə sədri həmçinin bəzi məmurlara deputatlarla danışığına fikir vermələrini tövsiyə edib: “Dövlət məmuru öncə insanlarla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.

Deputat qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur: “Bununla bağlı prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”.

P.S. Qənirə Paşayevə gec ayılıb. Əgər 10 ildən sonra dilə gəlib, məmurun vətəndaşı saymadığını deyirsə, bu inkişaf yox, tənəzzüldür. Bundan sonra siz həmin məmurların adlarını açıqlasaz da, kimsə onlara güldən ağır söz deməyəcək. Necə ki, indiyə qədər deməyiblər. Ona görə də, hörmətli Qənirə xanım, gecikmisiz, qatar çoxdan gedib.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button