Cəmiyyət

“Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi” – Yeni layihəyə başlanılıb

İki aylıq icra müddəti olan layihənin təlimləri bu sahənin aparıcı ekspertləri tərəfindən keçiriləcək

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi Azərbaycanda qadınların icma, yerli idarəetmə səviyyəsində qərarların qəbulunda iştirakı və təsrinin genişləndirilməsidir.

Layihənin icra müddəti 2 aydır. Bu müddət ərzində  “İctimai iştirakçılıq haqqında” qanunda  nəzərdə tutulan ictimai iştirakçılıq formalarının  praktikada tətbiqi  ilə bağlı  mexanizmlərin izahı, ictimai iştirakçılıq nümunələri ilə bağlı bilik və bacarıqlar öyrədiləcək. Təlimlər bu sahənin aparıcı ekspertləri tərəfindən keçiriləcək.

Layihə fəaliyyətlərinin icrası regionda ictimai şuralarda qadınların rolunun artırılamasına, bölgələrdə qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsinə, gənc xanımların  ictimai fəallığının artırılmasına gətirib çıxaracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button