Cəmiyyət

Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edildi

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib. “Report”un əldə etdyi məlumata görə, bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub.
E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.
Araşdırmalar davam edir.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button