Cəmiyyət

Rüfət Səfərovun şikayəti təmin edilmədi

Keçmiş siyasi məhbus Rüfət Səfərov Binqədi Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsini verdiyi şikayəti təmin edilməyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Səfərovun özü məlumat verib.

O bildirib ki, bir müddət əvvəl məhkumluğun götürülməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun şikayətini təmin etməyib. Həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə edilən şikayətinə isə bu gün baxılıb və hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Rüfət Səfərov hesab edir ki, məhkəmənin qərarı ədalətsizdir və bu, onun aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmasına hakimiyyətin dözümsüzlük nümayiş etdirməsinin təzahürüdür.

Xatırladaq ki, Rüfət Səfərov 2016-cı ildə siyasi baxışları və çıxışlarına görə, həbs olunub. 2019-cu ildə prezidentin imzaladığı əfv sərəncamına əsasən azadlığa çıxıb.  Beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button