Cəmiyyət

Ruslar cavab: Şuşada hərbi parad təşkil olunsun

“Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik”. Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Xankəndidə parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır: “Bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq. Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaq.
Bunun tarixi anologiyası da var. Bildiyimiz kimi 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdi. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi variantını da düşünmək olar”.
Fazil Mustafa qeyd edib ki, bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button