Cəmiyyət

Şəhid müavinətləri ailədə necə bölünməlidir?

“Dövlət tərəfindən şəhid ailələrinə verilən müavinət şəhidin həyat yoldaşı ilə anasına düşür”. Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Novella Cəfəroğlunun fikrincə, şəhid ailələri arasında razılaşma da mümkündür: “Ailələr öz aralarında razılaşa da bilərlər. Əgər ailədə kiçik yaşlı uşaqlar varsa, onlar bunu nəzərə almalıdır. Şəhidin ata-anası həmin müavinəti öz istəyi ilə övladının uşaqlarına verməlidir”.
Hüquq müdafiəçisi təklif edib ki, əgər şəhidin ailəsində bir neçə kiçik yaşlı uşaq varsa, həmin müavinət onların sayına görə bölünməlidir: “Hərəsinə bir pay düşməlidir. Çünki qadının himayəsində körpə uşaqları var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button