Cəmiyyət

Seyran Ohanyan: “İndi sərhədləri dəqiqləşdirmək Qarabağ üçün təhlükə deməkdir”

“İndiki şəraitdə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası həm Ermənistan, həm də Qarabağ üçün təhlükəlidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Hayastan” blokunun rəhbəri Seyran Ohanyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bu gün delimitasiya və demarkasiya aparmaq üçün heç bir şərait yoxdur. “Çünki bu prosesə sülhün qorunması üçün şərait yaradıldıqda başlamaq lazımdır. Qonşuluğumuzdakı düşmən dövlətlər bu məsələlərlə məşğul olmaq üçün qarışıq hökumətlərarası komissiyalar yaradırlar. Faktiki vəziyyət belədir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib və onu tərk etmək fikrində deyil. Ermənistan Silahlı Qüvvələri isə strateji mövqeləri tərk edərək, gələcəkdə delimitasiya üçün azərbaycanlılara təhvil verib”.

Ohanyan Ermənistan hökumətinə xəbərdarlıq edib ki, bu vəziyyətdə sərhədlərin dəqiqləşdirilməsi prosesinə başlamaq son dərəcə təhlükəlidir. “Bu həm Ermənistana, həm də Qarabağa aiddir. Delimitasiya və demarkasiya Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və Qarabağ üçün dərhal təhlükə yaradır. Bunu tələsik etmək olmaz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button