Cəmiyyət

Son mərmisinə qədər döyüşən MAXE

Bu gün şəhid Qoşqar Vəliyevin doğum günüdür.

Vəliyev Qoşqar Nuruş oğlu, 1989-cu il aprelin 12-də Füzuli rayonunun, Kərimbəyli kəndində anadan olub. 2010-cu ilin aprelin 12-dən Azərbaycan Silahlı Qüvvələrində MAXE kimi xidmətə başlayıb. Daşkəsən rayonunda üç il xidmət etdikdən sonra, 2013-cü ildə Füzuli rayonuna göndərilib.

Füzuli rayonunda tankçı olaraq xidmətə başlayıb. 2016-cı il aprel döyüşlərində fəal iştirak edib. O, İkinci Qarabağ müharibəsində döyüşlər başlayanda öz tankı ilə ön sırada olub. Sentyabrın 27-dən döyüş başlayanda Əbdürrəhmanlı istiqamətində cəbhənin yarılmasında böyük şücaətlər göstərib.

Qoşqar ilk sırada olduğu üçün bütün hədəfləri dəqiq vurur, son mərmisinə kimi döyüşür. Son bir mərmisi qalır və bu vaxtı düşmən Qoşqarın tankını vurur və Qoşqar yaralanır. Qoşqar yaralı olmasına baxmayaraq, onun tankını vuran erməni postunun yerini təyin edir və son mərmisi ilə hədəfi məhv edir. Tankı yüngül xəsarət alsa da tankdan düşüb qaçmağı bacarır, qaçdıqları zaman yenidən Qoşqarın tankını bu dəfə partladırlar. Bu zaman o, partlamadan kəllə bəyin travması alır. 20 gün xəstəxanada müalicə alır.

Müalicəsi başa çatmamış öz istəyi ilə, döyüşmək üçün cəbhəyə geri qayıdır. Noyabrın 1-də yenə döyüş meydanında vuruşur. O, bu dəfə Xocavənd rayonunun azad edilməsində iştirak edirdi. Noyabrın 2-də səhər saatlarında ağır döyüşlərin getdiyi zamanda yenə tankı vurulur və o, bu dəfə də zirehli texnikasından sağ xilas olmağı bacarır.

Xəstəxanada müalicəsini yarımçıq qoyaraq xidmətə başlayır. Qoşqar Hadrut rayonuna göndərilir. Noyabrın 22-də Şuşa şəhərinin yaxınlığında düşmən texnikasını götürməyə getdiyi zaman havanın qatı dumanlı olmasından, qar yağmasından və heç bir yeri görmək mümkün olmadığından texnikanın dağa çırpılaraq oradan aşağı düşməsi zamanı onun altında qalaraq şəhid olub.

Allah rəhmət eləsin!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button