Cəmiyyət

Təhsil kreditindən hansı tələbələr yararlanacaq?

“Təhsil tələbə krediti bir çox insanın təhsil almaq imkanını artırır. Digər məqsəd sosial çətinliklərin aradan qaldırılmasıdır”.

APA-nın məlumatına görə, bunu Təhsil Tələbə Krediti ilə bağlı keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Kredit hər semestr üzrə veriləcək. Akademik borcu olanlar bundan yararlana bilməyəcək. TTK sığortalanır, banklar vasitəsilə manatla veriləcək. Kredit sistemi Azərbaycan vətəndaşlarına verilir. Bakalavr, magistratura, orta ixtisas, peşə təhsili, rezidentura səviyyələrində təhsil alanlar bu kreditdən istifadə edə biləcək”.

Nazir müavini bildirib ki, bakalavriat səviyyəsi üçün 300-700 bal, magistratura səviyyəsi üçün 50-100 bal, subbakalvriat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər: “Azərbaycanda təhsil haqqı təhsil səviyyələrindən asılı olaraq 400-10000 manat aralığında dəyişir. Aktuar hesablamaların nəticəsi nəzərə alınaraq, TTK Fondunun himayəçilik Şurası Nazirlər Kabineti ilə razılaşdıraraq təhsil tələbə kreditləri üzrə faizləri təsdiq edib. Bu faizlər sosial təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə 6 faizdir”.

İdris İsayev deyib ki, Azərbaycanda 146 min 373 tələbə ödənişli əsasla təhsil alır: “Onlardan 98 430 nəfəri bakalavriat, 12051-i magistratura, 35892-si subbakalavriat üzrə təhsil alandır. Ödənişli təhsil alan tələbələrdən 20200 nəfəri dövlət hesabına təhsil alır. Onlardan 17500-ü bakalavriat, 1200 magistratura, 1500-ü subbakalavr üzrə təhsil alandır. Təhsil haqqı ödəyən tələblərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri subbakalavr üzrə təhsil alır. Onlardan təhsil tələbə krediti almaq hüququ olanlar 56208 tələbədir. Bunlardan 40465 nəfəri bakalavr, 5426 nəfəri magistr, 10317 nəfəri isə subbakalavr üzrə təhsil alan tələbələrdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button