Cəmiyyət

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

2022-ci il aprelin 27-də dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2022-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək “THE University Impact Rankings 2022”reytinq cədvəlini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, reytinqin 4-cü nəşrinə 106 ölkədən 1406 universitet daxil edilib.

Qeyd edək ki, Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərərək, reytinq cədvəlində 601-800 aralığında qərarlaşıb. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda deyilir ki, Xəzər Universiteti Təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, təhsil sahəsindəki öz keyfiyyət göstəricisini bir daha təsdiqləyib. “Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 1-i üzrə 401+ yerdə, 3-ü üzrə 601-800-cü yerdə, 7-i üzrə isə 401-600-cü yerdə qərarlaşıb”.

Reytinqlə tanışlıq üçün bu linkdən istifadə etmək olar:

https://www.timeshighereducation.com/rankings/impact/2022/overall#!/page/0/length/25/sort_by/rank/sort_order/asc/cols/undefined

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button