CəmiyyətManşet

Xankəndi erməniləri: “Azərbaycan pasport tələbi qoysa, Qarabağdan gedəcəyik”

BBC-nin Rusiya xidmətinin əməkdaşı bu günlərdə Qarabağda səfərdə olub. JAMAZ.İNFO xəbər verir ki, telekanalın əməkdaşları Laçının Zabux kəndindən və Xankəndindən reportaj hazırlayıblar.

BBC-nin əməkdaşı qeyd edir ki, Qarabağın hər yerində rus sülhməramlılarının blok-postlarına rast gəlmək olar. Zabuxda olan ermənilərlə söhbət zamanı məlum olub ki, müharibəyə qədər 3500 nəfər erməninin yaşadığı kənddə, hazırda 87 nəfər qalır. Onların da hamısı Livandan gəlmiş ermənilərdir.

Onlardan biri Andranik deyir ki, kənd camaatı həyat və ölüm arasında qalıblar. “Biz yaşamağı seçmişik. Mənə İlham Əliyev, Putin və Ərdoğanın nələrdə anlaşması maraqlı deyil. Onu bilirəm ki, hər şey yerində qalacaq. Deməli, biz də öz evimizdə qalacağıq”.

Laçın şəhərində yaşayan erməni Aida isə deyir ki, əriylə birlikdə yaşayır və buralardan getmək fikrində deyillər. “Biz burdan getmək fikrində deyilik. Lakin Azərbaycan tərəfi əgər bizi onların vətəndaşlığını qəbul etməyimizə məcbur edərsə, buradan gedəcəyik”.

Ən maraqlı məqam isə Xankəndində yaşanıb. BBC-nin əməkdaşı bildirir ki, onlar Xxankəndinə gedərkən Şuşa şəhərinin yaxınlığından keçiblər. “Şuşa şəhərinin yaxınlığından keçən yolda blok-post var. Orada Azərbaycan və rus əsgərləri dayanırlar. Azərbaycan və rus əsgərlərinin birgə dayandığı bir post isə Xankəndinin yaxınlığındadır”.

Xankəndidə əhali ilə söhbətləşən jurnalist yazır ki, ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirlər. “Əksəriyyət deyir ki, ermənilərlə azərbaycanlılar düşməndirlər. “Biz onsuz da düşmənik”. Birgə yaşamalarının da bu üzdən mümkün olmadığını qeyd edirlər”.

P.S. Qeyd edək ki, BBC-nin reportajında ermənilərin sərgilədiyi mövqe yeni deyil. Yəni, ermənilərin bizimlə birgə yaşamaq istəməməsi 200 il bundan əvvələ qədər gedib çıxır. Lakin bu günün reallığı başqadır və Qarabağdakı ermənilər artıq belə bir yaşayışa məcburdurlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button