Cəmiyyət

Yevgeni Satanovski: “Azərbaycanda türk hərbi bazası 100 faiz yaradılacaq”

“Azərbaycanda Türkiyə hərbi bazasının yaradılma ehtimalı 100 faizdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski deyib.

Onun sözlərinə görə, Türkiyə artıq hərbi baxımdan Azərbaycandadır. “Ermənilər Qarabağda Azərbaycanla deyil, Türkiyə ilə vuruşdular. Əgər kimsə bunu başa düşmürsə, onda ona yazığım gəlir”.

Bu bazanın Rusiyaya hansı təhlükə yarada biləcəyi barədə suala cavab verən rus politoloq bildirir ki, Rusiya hələlik təhdid edir. “Əgər Rusiya üçün təhdid varsa, o zaman hansı ölkə olmasından asılı olmayaraq, onu məhv edəcək. Bu, ABŞ-a da aiddir. Təbii ki, eyni şey Türkiyə üçün də keçərlidir. Rusiya bunu etməməyə çalışır, ancaq təhdidlərini da dayandırmır”.

Qeyd edək ki, Satanovski ermənilərin mövqeyini dəstəklə yanaşı, anti Türkiyə mövqeyində olan biridir. Onun bu açıqlaması isə onu deməyə əsas verir ki, Kreml özünə yaxın politoloqlar vasitəsi ilə rəqiblərini xəbərdar etməyə çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button