Cəmiyyət

Ziya Məmmədovun şirkətinin dövlətə 681 min manat borcu var

Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”a bağlı olan “Transqeyt” MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb.  Qaynarinfo xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir. 
Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri “Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.
Bu arada “Transqeyt” MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button