Dünya

Ərdoğan-Bayden görüşü başa çatdı: “Razılıq əldə olundu”

Bu gün Romada bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Bayden arasında keçirilən görüş başa çatıb. JAMAZ.İNFO xəbər verir ki, Qarabağ məsələsinin də müzakirə edildiyi görüşün müsbət nəticələr verdiyi bildirilir.

Türkiyə Prezident Admnistrasiyasının yaydığı məlumata görə, görüşün sonunda tərəflər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər. Açıqlamaya görə, ikitərəfli ticarət həcminin artırılması üçün ortaq perspektivə uyğun olaraq atılacaq addımlar müzakirə edilib. Bundan başaq, NATO müttəfiqliyi və strateji tərəfdaşlıq zəmininin vurğulandığı görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan qarşılıqlı addımlardan da məmnunluq ifadə olunub.

Ağ Evin görüşlə bağlı bəyanatında isə deyilir ki, Vaşinqton konstruktiv münasibətləri davam etdirmək istəyir. “Bayden konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə idarə etmək istəyini vurğuladı. Bayden təxminən iyirmi ildir ki, Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib. O, humanitar yardımın çatdırılması, Liviyada keçiriləcək seçkiləri müzakirə edib. Liviya, Şərqi Aralıq dənizindəki vəziyyət və Cənubi Qafqazda diplomatik səylər də müsbət qiymətləndirilib”.

Xarici siyasət üzrə analitik Əli Çınar CNN Türk-ə verdiyi açıqlamasında vurğulayıb ki, Ağ Evdən verilən dərhal açıqlamanın verilməsi mətnin dərhal hazırlandığını göstərir. “Eyni zamanda Türkiyə tərəfdən də açıqlama gəldi. Biz bunun ortaq bir iş olduğunu görürük. Bayden S-400 ilə bağlı narahatlığını dilə gətirib, insan haqları və qanunun aliliyini vurğulayıb. Ümumiyyətlə, gözlədiyimiz bəyanat oldu. Həmçinin NATO müttəfiqliyinin vurğulanması diqqət çəkir. F-35 və F-16-larla bağlı heç bir izahat yoxdur. Görünür, S-400-lərlə bağlı narahatlıq var. Konstruktiv görüş olsa da, heç bir nəticə yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button