Dünya

Ərdoğan sosial şəbəkələri “demokratiyaya təhlükə” adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan sosial şəbəkələri demokratiyaya əsas təhlükələrdən biri adlandırıb. 

Bu barədə “Assoşieyted Press” agentliyi məlumat yayıb.

“Ortaya çıxdıqları ilkin dövrdə  azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugünkü demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır”, – Ərdoğan hökumət tərəfindən İstanbulda təşkil olunan informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib.

Prezident bildirib ki, Türkiyə hakimiyyəti əhalinin “dəqiq və qərəzsiz” informasiya almaq hüququnu pozmadan onları yalan və dezinformasiyadan qorunmağa çalışır.

Ötən il Türkiyədə qəbul edilən qanun 1 milyondan çox istifadəçisi olan sosial şəbəkələrin ölkədə qanuni nümayəndəliyə malik olması və məlumatları ölkədə saxlaması öhdəliyini yaradır.

Ərdoğanın bu çıxışı Türkiyədəki sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar xatırladıblar ki, 2016-cı ildə hərbi çevriliş zamanı Ərdoğan məhz sosial şəbəkələr vasitəsilə tərəfdarlarını küçələrə çıxararaq həmin cəhdin qarşısını alıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button