Dünya

Abramyan Ermənistanın bütün prezidentlərini “günahkar” adlandırdı

Milyonçu iş adamı Ara Abramyan Ermənistanda iyinun 20-də keçiriləcək seçkilərə qatılmaq barədə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, Rusiya Erməniləri İttifaqının rəhbəri bu məqsədlə özünə “Ermənistan-Bizim Ev” adlı partiya yaradıb.

Lakin Abramyan seçkilərə təkbaşına getmək fikrində deyil. O bəyan edib ki, seçkilərdə deputat Tiqran Urixanyanın rəhbəri olduğu “Alyans” Partiyası ilə birlikdə yaratdıqları blokla gedəcəklər. Bununla bağlı tərəflər arasında bu gün memarandum imzalanıb.

Ara Abramyan açıqlamasında Ermənistanın indiyə qədər rəhbəri olmuş bütün prezidentləri tənqid edib. O deyib ki, 10 gündür Ermənistandadır və vəziyyətlə tanış olub. “Vəziyyət mən düşündüyümdən də pisdir. Böhran mənə deyiləndən daha dərindir. Ölkənin bu hala gəlməsində Ter-Ppetrosyandan başlayaraq, bu günə qədər Ermənistanın rəhbəri olmuş bütün şəxslər məsuliyyət daşıyırlar və günahkardırlar”.

Erməni milyonçu iş adamı bəyan edib ki, o, seçilərsə, hər hansı vəzifə tutmaq niyyətində deyil. “Məqsədim ölkəmə kömək etməkdir. “Alyans” Partiyası ilə birgə seçkilərə qatılmaq barədə razılaşdıq. Digər siyasi qüvvələrin də prosesə cəlb edilməsinə çalışırıq”.

Qeyd edək ki, Ara Abramyan Rusiya siyasi dairələri ilə yaxın münasibətdə olan iş adamı kimi tanınır. Onun Ermənistanda nüfuzu da az deyil. İndiyə qədər Rusiyada və Ermənistanda yaşayan ermənilərə xeyli yardımlar etməsi ilə tanınır. Onun siyasətə qarışmasının da Kremlin istəyi ilə olduğu bildirilir. Hətta o da bildirilir ki, Abramyan seçkilərdə Rusiyanın adımı kimi çıxış edən, ölkə içində nüfuzu xeyli aşağı olan Koçaryanın alternativi kimi nəzərdə tutulub.

Onun Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, Armen Sarkisyan və Nikol Paşinyanı Ermənistanın böhrana düşməsinin günahkarı kimi təqdim etməsi də səbəbsiz deyil. Çünki Abramyan yaxşı bilir ki, hazırda Ermənistanda adları sadalanan sabiqlərin hamısı cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Üstlik, cəmiyyətin bir çox onları korrupsioner, rüşvətxor, habelə ölkəni məhvə sürükləyən şəxs olaraq xarakterizə edirlər. Xüsusən də “Qqarabağ klanı”na daxil olanlar ermənilər tərəfindən düşmən kimi qəbul edilir. Elə Ara Abramyan da məhz həmin istəkləri nəzərə alaraq, vəziyyətdən hali olduğu üçün hamısını tənqid edərək, özünü yeni siyasi qüvvə kimi göstərməyə çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button