Dünya

ABŞ “Bayraktar” haqqında: “Rusiya Donbasda aciz duruma düşəcək”

Türkiyənin istehaslı olan və 44 günlıük müharibədə bütün dünyanın diqqətini özünə çəkən “Bayraktar TB2” PUA-ları beynəlxaqlı mediada geniş müzakirə mövzusudur. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Fransa mətbuatı bu barədə yazaraq, Türkiyənin PUA sahəsində çox irəliyə getdiyini yazıb.

Bundan başqa, “Bayraktar”ın digər ölkələrin istehsal etdikləri PUA-lardan qiymətcə baha olduğu da vurğulanıb. Həmçinin yeni silahlar və dəqiqlik məsələsində də türk PUA-nın xeyli öndə olduğu qeyd olunur.

Bu əsnada, ABŞ-da nəşr olunan tanınmış “The Drive” jurnalı bu mövzu ilə bağlı maraqlı yazı dərc edib. Müəllif yazır ki, “Bayraktar TB2”nin Ukraynada böyük uğur gözləyir. “Qarabağdakı 44 günlük müharibəyə qədər tanınmayan “Bayraktar”, artıq dünyada məşhudur. Etiraf edək ki, bu PUA böyük dövlətlərin yuxusunu da ərşə çəkib. Çünki indiyə qədər Qarabağ, Liviya və Suriyada istifadə olunan, lakin bir dəfə də olsun vurulmayıb. Hazırda Ukrayna da Donbasda türk PUA-dan istifadə edir”.

Jurnal bu silahın Rusiya üçün daha çox başağrısı olduğunu qeyd edir. Bunu da onunla əsaslandırır ki, Moskvanın bir çox REB sistemləri olsa da, indiyə qədər “Bayraktar” qarşısında uğur qazanmayıb. “Qarabağ müharibəsində Rusiyanın REB sistemləri və havadan müdafiə silahları bir işə yaramadı. Eyni hal, Ukraynada yaşanır. “Bayraktar” Donbasadkı separatçıların başına bomba yağdırır. İndi Rusiya əlindən gələn hər şeyi etməlidir ki, “Bayraktar”lardan birini vursun. Çünki bir zamanlar Suriyada türk PUA-larından çox vurduğunu iddia etmişdi”.

“The Drive” sonda qeyd edir ki, “Bayraktar” sayəsində Azərbaycan Qarabağı aldısa, Ukrayna da Donbası alacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button