Dünya

ABŞ-da Türkiyə əleyhinə yeni dərnək: “Türk Demokratiya Layihəsi”

ABŞ-da “Türk Demokratiya Layihəsi” adlı yeni dərnək qurulub. JAMAZ.İNFO xəbər verir ki, həmin dərnəyin əsas hədəfi Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və iqtidarının daxili və xarici siyasəti təftiş olunacaq.

Bununla bağlı yaratdıqları dərnəyin saytında qeyd edilir ki, əsas məqsədləri Türkiyədə demokratik siyasətin mənimsənilməsini təşviq etmək və Türkiyənin demokratik qurumlarının qorunmasıdır. Məsələnin maraqlı tərəfi isə yeni yaradılan dərnəyin üzvləri ilə bağlıdır.

Belə ki, dərnəkdə FETÖ məsələsinə görə axtarışa verilən keçmiş CHP-çi deputat Aykan Erdemir və Süleyman Özər də təmsil olunurlar.

Qeyd edək ki, layihədə ABŞ-ın sabiq Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da var. Tramp hakimiyyəti dövründə müşavir işləyən Bolton həmin dönəmlərdə Suriya ilə bağlı danışarkən YPG terror təşkilatını nəzərdə tutaraq, “Müttəfiqlərimizin qorunması ABŞ-ın Suriyadan çəkilməsi üçün ilk şərtdir” ifadələrini işlətmişdi. Bundan başqa, Bolton 15 iyul hadisələri ilə bağlı danışarkən “Hökumət dəyişərsə, narahat olmaram” sözləri ilə də yadda qalıb.

Lakin layihədə daha iki maraqlı ad var. Onlardan biri ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı Cceb Buş, digəri isə İtaliyanın keçmiş XİN başçısı SantAqatadır.

Bildirək ki, Con Bolton layihənin saytında verdiyi açıqlamasında bir sıra məqamlara toxunub. Və ifadələri ilə məsələnin təkcə demokratiya olmadığını, daha geniş anlamda Türkiyə iqtidarını hədəf aldıqlarını nümayiş etdirib. “Türkiyədə həyacan siqnalı çalmağın vaxtı çatıb. NATO-nun üzvü olan Türkiyə demokratiyadan üz çevirərək, Rusiyanı qucaqlamağa başlayıb”.

Türk ekspert Furkan Kaya bununla bağlı verdiyi açıqlamasında bildirir ki, ABŞ-ın Türkiyəyə qarçı olan baxışlarını çox ciddi dəyərləndirməlidir. “Biz Amerikaya qarşı düşmənçilik etmirik. ABŞ-ın daxilindəki neoconların Türkiyə ilə bağlı baxışları, prezident Ərdoğanı hədəf alaraq, şəxsiləşdirdiyini ortaya qoyur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button