Dünya

Almaniya “Şimal axını – 2” layihəsini dayandırdı

Almaniya kansleri Olaf Şolts “Şimal axını – 2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırmaq qərarına gəlib.  TASS-ın məlumatına görə, Şolts artıq bununla bağlı İqtisadiyyat Nazirliyinə müvafiq göstəriş verib.

Şolts bildirib ki, “Şimal axını – 2” layihəsinin dayandırılması Rusiyaya qanunzidd davranışlarının itkisiz ötüşməyəcəyini göstərən aydın signaldır.

Almaniya kanslerinin qərarı Rusiya Prezidenti Vladimir Putinin qondarma “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” qurumlarını müstəqil dövlət kimi tanımasından sonra verilib. ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada və s. digər Qərb dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını bildiriblər.

“Şimal axını – 2” layihəsinin yaxın müddətdə istismara veriləcəyi gözlənilirdi. Layihənin təsisçisi “Qazprom” şirkətidir. “Qazprom”un 2017-ci il məlumatına görə, layihənin dəyəri 9,5 milyard avro təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button