Dünya

Angela Merkel: “Türkiyə heç vaxt Avropa Birliyinin üzvü olmayacaq”  

“Türkiyənin Avropa Birliyinin tamhüququlu üzv olma perspektivi yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bu bəyanatla Almaniyanın kansleri Angela Merkel çıxış edib.

O deyib ki, Ankara ilə yaxşı münasibətlər qurmaq lazımdır. “Mən heç vaxt və bu gün də Türkiyənin Avropa Birliyinin üzvü olacağını görməmişəm və görmürəm. Ona görə də, mən Avropa Birliyi ilə Türkiyə arasında qaçqınlar məsələsində anlaşmanın əldə olunmasının tərəfdarı olmuşam. Və demişəm ki, bundan sonra Ankara ilə Gömrük İttifaqı ilə danışıqlar aparmaq olar. Biz komisiyaya bu istiqamətdə işləməsini göstəriş verimişik”.

Merkel bildirib ki, Avropa Birliyinin son yığıncağında Türkiyəyə qaçqınlarla bağlı proqramları həyata keçirmək üçün 3 milyard dollar yardım ayrılmasını qərarlaşdırıblar. “Məhz bu mövzuda Ərdoğanla müzakirə aparmışıq. Mən düşünmürəm ki, biz qaçqınlardan hansısa siyasi alət kimi istifadə etməliyik. Əksinə, onlar insandırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button