Dünya

Armen Sarkisyan: “10 noyabr anlaşmasına ciddi əməl edin”

Hazırda İngiltərədə koronavirusdan müalicə alan Ermənistanın prezidenti Armen Sarkisyan bəyanatla çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, erməni dövlət başçısı bütün səlahiyyətli şəxslərə müraciət edərək, onlardan 10 noyabr sazişinə ciddi əməl etməyi istəyib.

Sarkisyan müraciətində bildirir ki, Ermənistanın səlahiyyətli qurumları  10 Noyabrda imzalanmış  üçtərəfli bəyanatda qeyd olunan tələbləri həyata keçirərkən müstəsna olaraq milli maraqları rəhbər tutmalıdırlar. “Şifahi razılaşmalar əldə edildikdə, cəmiyyət qarşısında hesabatlılığı təmin edin. Konstitusiyanın, qanunvericiliyin və beynəlxalq hüququn tələblərinə ciddi əməl edin. Prezident üçtərəfli bəyanatla müəyyən edilmiş atəşkəsə, ona əməl edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, xüsusən hərbi əsirlərin, girovların və digər məhbusların təcili geri qaytarılmasına, sərhədlərin demarkasiya və delimitasiya edilməsinə, kommunikasiyaların blokadadan çıxarılmasına əhəmiyyət verir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button