Dünya

Beyrutda ara qarışdı: Küçə atışmaları başlayıb

Hizbullah və Əməl Hərəkatının üzvləri Beyrut Dəniz Limanında keçən il baş verən dəhşətli partlayışla bağlı prosesi aparan hakim Tarik əl-Bitarın dəyişdirilməısi ilə əlaqədar etiraz aksiyası keçirib. JAMAZ.İNFO xəbər verir ki, Beyrutdakı Ədliyyə Nazirliyinin qarşısına toplaşanm etirazçılara qəfil atəş açılıb.

Atəş nəticəsində etirazçılardan birinin ölməsi hadisələri daha da dramatik hala gətirib. Şəhərin müxtəlif yerlərində, o cümlədən Ədliyyə Nazirliyinin binası qarşısında müxtəlif qrupların bir-birinə atəş açması müşahidə edilib. Əraziyə ordu qüvvələrini cəmləyən Livan hökuməti prosesin qarşısını almağa çalışır. Ordu komandanlığı bəyan edib ki, dinc əhali ərazidən çıxıb, evlərinə dağılışsınlar. “Küçədə silahlı dəstələr var. Onları zərərsizləşdirmək üçün atəş açılacaq. Ona görə də, etirazçılardan evlərinə dağılışmalarını tələb edirik”.

Xatırladaq ki, Beyrut dəniz limanında ötən ilin 4 avqustunda dəhşətli partlayış baş verib. Hadisəyə səbəb müsadirə olunmuş gəmilərdən birindəki kimyəvi maddənin alışması və sonradan partlaması olub. Olay nəticəsində Beyrut şəhərinə ciddi ziyan dəyməklə yanaşı, xeyli sayda insan da həlak olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button