Dünya

Cəlal Arutyunyana yeni vəzifə verildi

44 günlük Qarabağ savaşında Azərbaycan dronlarının hədəfinə gələn və vurulan Cəlal Arutyunyanla bağlı qərar verilib. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl öldüyü xəbəri yayılıan, daha sonra ağır yaralı olduğu deyilən Qarabağdakı erməni terrorçularının “generalı” yeni vəzifəyə təyinat alıb.

Belə ki, Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xirmətinin rəisi təyin olunub.

Xatırladaq ki, bundan əvvəl həmin postu Movses Akopyan tuturdu. O, 10 noyabr bəyanatının imzalanmasına etiraz olaraq, istefa verib.

Onu da qeyd edək ki, Cəlal Arutyunyan bir müddət əvvəl istintaqa cəlb olunmuşdu. Ermənistanda Qarabağ müharibəsi ilə əlaqədar yaradılmış istintaq komissiyasına ifadə verən Arutunyan onun vurulmasının səbəblərinə aydınlıq gətirib. O ifadəsində iddia etmişdi ki, “Artsax”ın “rəsmisi” olaraq müharibə vaxtı onun yerini yalnız kəşfiyyat müəyyən edə bilərdi. “Mənim hərəkət trayektoriyamı Azərbaycan tərəfinə ötürüblər. Əks təqdirdə, yerimi müəyyən etmək mümkün deyildi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button