Dünya

Co Bayden: “Tayvanı sonadək müdafiə edəcəyik”

“ABŞ Çinlə soyuq müharibəyə cəhd etmir”. JAMAZ.İNFO xəbər verir ki, bu fikri ABŞ prezidenti Co Bayden CNN telekanalına müsahibəsində Tayvan ətrafıda baş verən hadisələrlə bağlı danışarkən deyib.

O bildirib ki, Çinin rəhbəri ilə baş verənlər haqqında danışıb. “Mən Si Jinpinglə danışmışam. Eyni zamanda, digər dünya liderləri ilə də məsələni müzakirə etmişik. Siz “Bayden Çinlə soyuq müharibəni başlatmaq istəyir” sözünü eşitmək istəyirsiz. Lakin mən Çinlə soyuq müharibənin başlanmasını istəmirəm və buna cəhd də etmirəm”.

ABŞ prezidenti daha sonra qeyd edib ki, Vaşinqton mövqeyindən geri çəkilmək fikrində deyil və onun məsələ ilə baxışları da dəyişməyəcək. “Biz ABŞ olaraq Tayvanın müdafiəsi üçün lazım olan bütün addımları atacağıq. Əgər Çin tərəfindən hər hansi bir hərbi aqressiya baş verərəsə, bu prosesdə Tayvanın yanında olacağıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button