Dünya

Con Boltona qarşı sui-qəsd cəhdi: Tehran təkzib edir

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu öldürmək üçün sui-qəsd ittihamı ilə Amerikada İran vətəndaşının həbsindən sonra İran Xarici İşlər Nazirliyi ölkə hökumətinin bu sui-qəsdlə əlaqəsini təkzib edib. JAMAZ.İNFO bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani iddianı təkzib edərək, ABŞ-ı Qasım Süleymaninin öldürülməsi və İŞİD-ə dəstək kimi terror aktlarında ittiham edib.
Kənani həmçinin bildirib ki, “İran İslam Respublikası bu gülünc ittihamları bəhanə edərək İran vətəndaşlarına qarşı hər hansı bir hərəkətə qarşı qəti şəkildə xəbərdarlıq edir.
Vurğulanır ki, ABŞ Ədliyyə Departamenti “İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin üzvünü Donald Trampın milli təhlükəsizlik müşaviri Con Boltonu öldürməyə cəhddə ittiham etməkdə israrlıdır.

Şübhəli bilinərək tutulan 45 yaşlı İran vətəndaşı, tehranlı Şəhram Pursəfi “Sepah” üzvüdür.

Bildirilir ki, onun iki il yarımdan çox əvvəl Donald Trampın göstərişi ilə Bağdad hava limanında öldürülən “Sepah” Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinin qisasını almaq ehtimalı olub.
ABŞ Ədliyyə Departamenti tərəfindən yayımlanan bəyanatda “Mehdi Rezayi” kimi tanınan Şəhram Pursafi Vaşinqtonda və ya Merilenddə bu əməliyyatı həyata keçirmək üçün ABŞ-dakı insanlara 300.000 dollar ekvivalentində pul ödəməyə çalışıb.
Qeyd edilir ki, bundan əvvəl ABŞ İranı Tramp administrasiyasının xarici işlər naziri Mayk Pompeonu da öldürməyə cəhd etməkdə və qətli planlaşdırmaqda ittiham etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button