Dünya

Deputat Aleksey Juravlyov: “Rusiya nüvə silahından istifadə edə bilər”

“Əgər Rusiya, dövlətinin mövcudluğuna real təhlükə yaranarsa, ilk olaraq nüvə raketlərindən istifadə etməyə hazırdır”.  JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini  Aleksey Juravlyov URA.RU- ya verdiyi müsahibəsində deyib.

O bidirib ki, nüvə silahından istifadə Rusiyanın mövcudluğu üçün təhlükə yaranacağı təqdirdə baş verəcək.

Juravlyov ABŞ-ı Üçüncü Dünya Müharibəsini başlatmaq üçün cəhd etdiyini də iddi edib. “Bu gün  ABŞ Üçüncü Dünya Müharibəsinin başlaması üçün hər şeyi edir. Buna baxmayaraq, onlar çalışırlar ki, nüvə zərbələri onlara çatmasın. Bbuna görə də, bütün Avropanı Rusiya ilə münaqişəyə cəlb etməyə, Asiyada vəziyyəti qızışdırmağa çalışacaqlar. Onlar birinci və ikinci dünya müharibələrində olduğu kimi, bütün problemlərini müharibə ilə əlaqələndirə biləcəklər. Çünki ABŞ həmin vaxt böhrandan ancaq Avropadakı müharibəyə görə çıxa bilmişdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button