Dünya

Dnestryanı bölgədə 4 partlayış olub: Rusiya yeni təxribatlara başlayıb

Rusiya Dnestraynı bölgədə vəziyyəti qarışdırıb, bununla Ukraynaya qarşı daha bir cəbhə açmaq istəyir. JAMAZ.İNFO xəbər verir ki, bir qədər əvvəl qondarma “respublika”nın müxtəlif “strukturları”nın binaları atəşə tutulmuşdu. Hətta Tiraspol şəhəri yaxınlığında radiostansiya və hərbi aerodromun vurulduğu xəbəri yayılmışdı.

Bu gün isə daha bir xəbər yayılıb. Həmin xəbərə görə, dünən gecə saatlarında Dnestrayanı bölgənin Voronkov Rıbinski rayonu ərazisində 4 partlayış hadisəsi qeydə alınıb. İddialara görə, həmin partlayışlar Ukrayna tərəfindən qaldırılmış dornlar vasitəsi ilə həyata keçirilib. Belə ki, dornlar əvvəlcə iki, daha sonra növbəti iki bombanı boş əraziyə atıblar.

Qeyd edək ki, Rusiya Ukraynaya ağır məğlubiyyətə uğradığından cəbhə xəttini genişləndirməyə və bu məqsədlə müxtəlif təxribatlara əl atmağa çalışır. Moldovanın ərazisi olan və bölgədəki separatçıların Rusiyadan aldığı dəstək hesabına özünü “müstəqil” elan edən Dnestryanının ikinci cəbhə ola biləcəyi əsas ehtimallar sırasındadır. Rusiya bununla həm Moldovaya, həm də Ukraynaya növbəti hərbi təcavüzünü reallaşşdırmağa çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button