Dünya

Dnestryanıda ara qarışdı: yerli “mtn”in binası vuruldu

Moldavanın ərazisi olan, lakin Rusiyanın separatçılara verdiyi dəstəyi ilə özünü “müstəqil respublika” elan edən Dnestryanıda ara qarışıb. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında naməlum şəxslər Dnestryanının qondarma “milli təhlükəsizlik nazirliyi”ni atəşə tutub.

Həmin məlumata görə, binaya qumbaratanlardan atəşə açılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin kim və ya kimlər tərəfindən həyata keçirildiyi də məlum deyil. Yalnız “nazirliyə” yaxın ərazidə istifadə olunmuş qumbaratan aşkarlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button