Dünya

Donbasda artilleriya atəşləri dayanmır, separatçılar uşaq bağçasını vurdular

Rusiya-Ukryan cəbhəsində vəziyyət getdikcə gərginləşməyə başlayıb. Kreml dünən ordusunu sərhəddən geri çəkdiyini bəyan etsə də, ABŞ bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. JAMAZ.İNFO xəbər verir ki, Ağ Ev dünəndən etibarən Rusiyanın Ukrayna sərhəddinə əlavə 7000 nəfərlik qoşun göndərdiyini bildirib.

Bu əsnada, Donbasda gecə səhərə qədər artilleriya atəşləri dayanmayıb. Donbasdakı separatçılar iddia edib ki, guya, Ukrayna ordusu səhərə qədər Luqanski və daha bir neçə şəhər və kəndi ağır artilleriyadan atəşə tutub. Kiyev hökuməti isə məlumatı təkzib edib. Əksinə, Donbasdakı Rusiyanın dəstək verdiyi separatçılar Luqansk Stansiyası adlı qəsəbəsindəki uşaq bağçasını topla vurublar. Hadisənin gecə saatlarında baş verməsi səbəbindən itki olmadığı bildirilir.

Bundan başqa, Donetski hava limanı və Yelenovka kəndində də top səsləri eşidilib. ATƏT-in bölgədəki müşahidəçiləri də davam olaraq artilleriyadan istifadə edildiyi barədə xəbərləri təsdiqləyib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə bir qədər əvvəl açıqlama verərək, bildirib ki, Donbasda vəziyyət getdikcə gərginləşir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button