Dünya

Erməni eks-nazir: “Sərhəddi Azərbaycan özü müəyyən edir, hardan istəyir ordan da çəkir”

“Azərbaycan bu gün müharibəyə hazırlaşır. Həmin müharibədə isə bizim uşaqlarımız, nəvələrimiz iştirak edəcəklər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın sabiq ədliyyə naziri David Arutyunyan İərvanda Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdəki çıxışında deyib.

O deyib ki, buna imkan vermək olmaz. “Bizim ölkəmiz sürətlə və sərt addımlarla uçuruma, dağılmağa doğru gedir”.

Arutyunyan qeyd edib ki, hazırda meydanda erməni uşaq və nəvələrinin taleyi həll olunur. “Bu gün sərhədlərimizə Azərbaycan və Türk Ordusu nəzarət edir, onlar özləri müəyyən edir, özləri haradan istəyirlər sərhədd çəkirlər. Hamı özünə bununla bağlı sual verməlidir. Çoxları ümid edir ki, Rusiya onlara toxunmağa imkan verməyəcək. Lakin faktiki olaraq, bunlar baş verir və heç kim də qarşımır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button