Dünya

Ermənilər itkin düşən əsgərlərini tapa bilmir

Xəbər verdiyimiz kimi, dünən Ermənistan ordusunun iki hərbçisi Qqara göl yaxınlığında itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, Artur Nalbandiyan və sürücü Aramis Torozyan dumanlı hava şəraitində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Erməni tərəfinin yaydığı məlumata görə, hər iki hərbçinin axtarışları bu gün də davam etdirilib. Lakin onları tapmaq mümkün olmayıb. Havanın dumanlı olması axtarışları daha da çətinləşdirib.

Ermənistan Müdafiə Nazirliyi Qara göl ətrafında Azərbaycan Ordusunun bölmələrinin yerləşməsi səbəbindən rus sülhməramlıları ilə əlaqə saxlayaraq, hər iki hərbçinin Azərbaycan tərəfindən əsir götürülüb, götürülməməsini araşdırmağı xahiş edib. Lakin Azərbaycan tərəfindən onlara belə bir əsir olmadığı, sərhəddin son iki gün ərzində pozulmadığı barədə xəbər verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button