Dünya

Ermənilər özlərinin basdırdıqları minaya düşdülər: İki yaralı  

Dünən Ermənistanın Mehri rayonunda axtarış-xilasetmə işləri apara iki erməni minaya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, hadisə sözügedən rayonun Nrnadzor kəndində baş verib.

Məlumatda deyilir ki, partlayış nəticəsində Ermənistan FHN-nin kapitanı Artyom Şahnazaryan və gizir Aram Navasardyan ağır yaralanıblar. Hər iki FHN əməkdaşına Mehri xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra, dərhal Qafan şəhər Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, erməni əsgərləri 44 günlük müharibəsi zamanı geri çəkildikcə, Azərbaycan Ordusunun itki verməsi üçün çoxlu sayda mina basdırıblar. Elə bu səbəbdəndir ki, müharibə bitdikdən sonra əsgərlərimiz arasında minaya düşənlər azlıq təşkil eləmir. Lakin bu dəfə ermənilər özləri basdırdıqları minanın qurbanı olublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button