Dünya

Ermənistan KTMT-dən çıxmağa hazırlaşır?

Rusiyanın tanınmış “Svabodnaya Pressa” qəzeti maraqlı bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, həmin iddiaya görə, Ermənistan KTMT-ni NATO ilə əvəzləməyə hazırlaşır.

Qəzet yazır ki, Qarabağda Azərbaycan Ordusunun son hərəkətlənməsindən sonra Ermənistan “Sülh naminə tərəfdaşlıq” alyansı çərçivəsində NATO ilə məsləhətləşmələrə başlayıb. “Proqram ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə birbaşa təhdid olduqda onun iştirakçılarının NATO-ya üzv dövlətlərlə məsləhətləşə bilməsini nəzərdə tutur”.

“SVPressa” qeyd edir ki, Ermənistan KTMT üzvüdür. “Əslində NATO-ya düşmən olan təşkilatdır. Ona görə qəribədir ki, Moskva Ermənistanın Rusiyanın strateji müttəfiqi olduğunu daim vurğulayır. Belə olan halda Ermənistan niyə KTMT-yə yox, NATO-ya üz tutur, xüsusən də hazırda Ermənistan KTMT-yə sədrlik etdiyi bir vaxtda? İrəvan hesab edir ki, Moskva Qarabağ məsələsində Bakının mövqeyini dəstəkləyir və buna görə də Ermənistan digər güc mərkəzlərinin dəstəyini almağa çalışır. Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən sonra İrəvanda qərbyönlü vektor xeyli artıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button