Dünya

Ermənistan Müdafiə Nazirliyində dava düşdü: Papikyan müvəqqəti təyin olunub

Xəbər verildiyi kimi, dünən Ermənistan müdafiə naziri Arşak Karapetyan işdən çıxarılıb, onun yerinə isə baş nazirin birinci müavini Suren Papikyan təyin olunub. JAMAZ.İNFO xəbər verir ki, erməni mediası Papikyanın təyinatının müvəqqəti xarakter daşıdığını iddia edib.

Həmin iddiaya görə, Nikol Paşinyan yeni naziri Müdafiə Nazirliyinə ona görə göndərib ki, orada baş verən prosesləri dəqiqliklə öyrənə bilsin. Bundan başqa, Ermənistan MN-də ciddi daxili çəkişmələr var. “Joqovurd” qəzeti yazır ki, sərhəddə baş verənlərlə parallel olaraq, daxildəki çəkişmələr nəticə etibarı ilə əmrlərin yerinə yetirilməməsinə, günahın bir-birinin üzərinə atılmasına gətirib çıxarıb. “Papikyanın nazir kimi fəaliyyətə başlamasından qısa müddət sonra nazirlikdə çalxalanma olacaq. Belə ki, baş qərargah rəisi Artak Davtyan və onun komandası, generallar da daxil olmaqla işdən çıxarılacaqlar”.

Sözügedən erməni nəşri onu da yazıb ki, dünən Müdafiə Nazirliyində dava düşüb. Məlumata görə, baş qərargah rəisi Davtyan və adamları başqa generallarla mübahisə ediblər. “Mübahisənin Papikyanın təyinatı ilə bağlı olduğu deyilir. Çünki Davtyan və adamları rəqib bildikləri generalların onları satacaqlarından xəbərdardırlar. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Araya başqaları girdikdən sonra dava dayanıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button